Mənim müxalifətçiliyimə nə ehtiyac var? – Tahir Kərimli

Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var? Biz cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında.

Zafer Tv xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, torpaqlarımızı işğaldan azad edib Azərbaycanın ərazi bütövlüyünü, ölkənin suverenliyini bərpa edən, bütün islam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqı yoxdur:

“Axı, bu, hamımızın istəyi və arzusu olub! Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?”

Deputat deyib ki, bizim bundan sonra əsas vəzifəmiz Prezidentin yanında olmaqdır:

“Müxalifətin mübarizəsi nifrət üzərində qurulub. Mən onları sevgiyə, birliyə, həmrəyliyə çağırıram”.