Xaçatryanın qətlə yetirdiyi polis və hərbçilərin – Adları

Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılması üçün köməyə gəldikləri üçün qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.

Zafer Tv xəbər verir ki, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları – 19 avqust 1970-ci il təvəllüdlü Hidayat Eldar oğlu Rüstəmov, 06 iyun 1969-cu il təvəllüdlü Faiq Alış oğlu Ağayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) N-li hərbi hissəsinin hərbi qulluqçuları – 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Kamil Baba oğlu Eyyubov, 9 iyul 1961-ci il təvəllüdlü əsgər Musal Mirzağa oğlu Qonaqov və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Tahir Eyyub oğlu Əzimov Vaqif Xaçatryan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetirilib. \\axar.az\\