Bayden Qəzzadakı FACİƏDƏ İsrailin tərəfini tutdu

Birləşmiş Ştatlar Qəzza zolağında yüzlərlə insanın ölümü ilə nəticələnən Əl-Əhli xəstəxanasına hücumla bağlı İsrailin versiyasını qəbul edib.

Zafer Tv xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Qeyd edək ki, İsrail ordusu xəstəxanada törədilən partlayışda iştirak etmədiyini deyir və HƏMAS-ı günahlandırır. Sonuncu isə bütün bu ittihamları rədd edib. Prezident Co Bayden isə Təl-Əvivdə Vaşinqtonun İsrailin tərəfini tutduğunu göstərən çıxış edib.

“Deyəsən, bunu sizdən fərqli bir komanda törədib, lakin bəzi insanlar buna əmin deyillər”, – deyə Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində bildirib.

O, Qəzza zolağına edilən hücumdan kədərləndiyini və hiddətləndiyini dilə gətirib.

“HƏMAS-ın bütün Fələstin xalqını təmsil etmədiyini və onlara yalnız əzab gətirdiyini xatırlamalıyıq”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Bayden bir daha İsraili dəstəklədiyini təkrarlayıb.

“İsrail xalqına demək istəyirəm: sizin cəsarətiniz heyrətamizdir. Mən burada olmaqdan qürur duyuram. Mən bundan sonra nə olacağı ilə bağlı aparılacaq hərtərəfli müzakirəni səbirsizliklə gözləyirəm”, – deyə Co Bayden vurğulayıb.