Blinken Qəzzadakı xəstəxanaya hücumdan sonra Abbasa zəng edib

ABŞ dövlət katibi Entoni Blinken Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı zamanı Qəzza zolağında xəstəxanaya raket hücumu nəticəsində bir neçə yüz insanın həlak olması ilə bağlı başsağlığı verib.

Zafer Tv xarici mediaya istinadla xəbər verir ki, Blinken ABŞ-ın Fələstin xalqının “qanuni istəklərini” dəstəklədiyini vurğulayıb.

Oktyabrın 17-də Qəzza zolağında baptist xəstəxanası raketlə vurulub. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, qurbanların əksəriyyəti qadınlar və uşaqlardır. Ümumilikdə 800-dən çox insan həlak olub. İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında xəstəxanaya hücumun əvvəlcə fələstinli yaraqlılar tərəfindən törədildiyini desə də, sonra etiraf edib ki, zərbə İsrail ordusu tərəfindən endirilib.