Almaniya müdafiə naziri Livana getdi

Almaniyanın müdafiə naziri Boris Pistorius Livana səfər edib.

Zafer Tv xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, səfər zamanı Pistorius bölgədə BMT sülhməramlılarının tərkibində xidmət edən alman əsgərlər ilə görüşəcək.

Qeyd edək ki, Almaniyanın BMT-nin Livandakı müvəqqəti qüvvələrinin tərkibində 140 hərbçisi var.