Şahramanyanın əmisi oğlu döyüldü – Video

Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binası qarşısında baş verən aksiya zamanı vətəndaşlar özünü buraxan “artsax administrasiyası”nın rəhbəri Karen Şahramanyana hücum ediblər.

Zafer Tv xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, əvvəlcə “administrasiya” nümayəndələri ilə etirazçılar arasında münaqişə baş verib. Vəziyyətə müdaxilə edən Karen Şahramanyan etirazçılar tərəfindən döyülüb.

Polis vəziyyətə müdaxilə etməyə çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Karen Şahramanyan separatçıların özünü buraxan sonuncu “lideri” Samvel Şahramanyanın əmisi oğludur.