ABŞ-ın reytinqi endirildi: Siyasi qütbləşmə və rekord borc ölkəni “neqativ”ə saldı

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi ABŞ-ın reytinqləri üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişib.

Zafer Tv xəbər verir ki, Agentlik bunu ABŞ-da dövlət borclarına xidmət xərclərinin əhəmiyyətli dərəcədə artması, habelə ölkədə “siyasi qütbləşmənin” dərinləşməsi ilə əsaslandırıb.
Buna baxmayaraq, “Moody’s” ABŞ-ın uzunmüddətli kredit reytinqini və prioritet təminatsız borcunun reytinqini ən yüksək səviyyədə – “Aaa” olaraq təsdiqləyib.

Agentlik bəyan edib ki, reytinq proqnozunun dəyişməsi ölkənin maliyyə sabitliyinin pisləşməsi risklərinin artması ilə əlaqədardır və bu risklər artıq ABŞ-ın “unikal güclü kredit qabiliyyəti” ilə tam kompensasiya olunmur.

Agentlik ekspertləri qeyd edirlər ki, bu il ABŞ xəzinə kağızlarının gəlirlərinin əhəmiyyətli dərəcədə artması ölkənin ödəmə qabiliyyətinə təzyiqi artırıb və effektiv büdcə tədbirləri görülməsə, Birləşmiş Ştatların borclanma potensialı davamlı və əhəmiyyətli dərəcədə azalmağa davam edəcək.\\musavat\\