DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ-VİDEO

“Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın”.

Zafer Tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) paylaşdığı videoçarxda bildirilib.

“Hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın”, – xəbərdarlıqda qeyd olunub.