Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq

Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

Zafe Tv xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

“Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq”, – dövlət başçısı qeyd edib.