Baydenin korteji qəzaya uğradı

Birləşmiş Ştatların prezidenti Co Baydenin korteji qəzaya uğrayıb.

Zafer Tv İctimairey.az-a istinadən bildirir ki, hadisə Delaver ştatının Uilminqton şəhərində baş verib. Belə ki seçki kampaniyası çərçivəsində sözügedən şəhərdəki qərargahdan çıxarkən kortejdə yer alan avtomobillərdən biri başqa bir maşınla toqquşub.

Prezidentin cangüdəni dərhal qəzaya uğrayan avtomobili mühasirəyə alıb və sürücünü saxlayıblar. ABŞ-ın birinci şəxslərinin mühafizəsinə cavabdeh olan Məxfi Xidmətin nümayəndəsi Stiv Kopek isə bəyan edib ki, araşdırma nəticəsində insidentin qəsdən törədilmədiyi məlum olub.