İran və Rusiya ticarətdə dollar əvəzinə milli valyutadan istifadə edəcək

İran və Rusiya ticarətdə qarşılıqlı mübadilə zamanı dollar əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəlib.

Zafer Tv İranın rəsmi agentliyi İRNA-ya istinadən bildirir ki, İran Mərkəzi Bankından bu barədə məlumat verilib. Məlumata görə, iki ölkənin mərkəzi bankının rəhbərləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma imzalanıb. Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

Qeyd edək ki, İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.