Kirkorov “xalq artisti” adından məhrum ediləcəkmi?

Rusiya Mədəniyyət Nazirliyinin nümayəndəsi bildirib ki, idarə Filipp Kirkorovu Rusiya Federasiyasının xalq artisti titulundan məhrum etməyi planlaşdırmır.

Zafer Tv xarici mediaya istinadla xəbər verir ki, dövlət məmuru fikrini belə izah edib: “Rusiya Federasiyasının dövlət mükafatları haqqında əsasnaməyə uyğun olaraq, laureat yalnız ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunduqdan sonra qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə dövlət mükafatından məhrum edilə bilər”.

Bununla yanaşı, dekabrın 27-də TNT-nin baş direktoru Tina Kandelaki Kirkorovun rol aldığı “İvan Vasilyeviç hər şeyi dəyişir” filminin sonunun yenidən çəkilməyə başladığını elan edib. Onun sözlərinə görə, yenidən çəkilişlər filmi daha “qıcıqlandırıcı və maraqlı” etmək üçün lazım idi. Kirkorovun iştirak etdiyi səhnələr təcili olaraq yenidən çəkilir. Sənətçi XVI Lüdovik rolunu oynamalı idi, lakin indi bu rol aktyor Nikita Koloqrivinin üzərinə düşür.

Kirkorova təzyiqlər teleaparıvı və bloqer Anastasiya İvleyevanın təşkil etdiyi “çılpaq” gecədə iştirak etməsi ilə bağlıdır. Həmin məclis dekabrın 20-də “Mutabor” klubunda baş tutub. İştirakçılar arasında Kirkorov, Dima Bilan, Lolita Milyavskaya, Olqa Buzova və Kseniya Sobçak da olub.\\Musavat.com\\