PSJ-ni Messiyə “Qızıl top” almaq üçün rüşvət verməkdə ittiham edirlər

Fransanın PSJ futbol klubu keçmiş futbolçusu Lionel Messinin lehinə səsvermənin nəticələrinə təsir göstərmək üçün 2021-ci ildə “Qızıl top”un təşkilatçılarına rüşvət verməyə cəhddə şübhəli bilinir.

Zafer Tv Musavat.com-a istinadla bildirir ki, bu barədə danışan mənbənin sözlərinə görə, parislilərin nümayəndələri France Football-un keçmiş baş redaktoru və yarışın təşkilatçısı Paskal Ferren şirnikləndirmyə çalışıblar.

İstintaq 2023-cü ilin dekabrında saxlanılan PSJ-nin keçmiş kommunikasiya direktoru Jan-Martial Ribes ilə başlayıb. Fransa prokurorunun hesabatında qeyd olunub ki, o, mütəmadi olaraq jurnalistlərə, siyasətçilərə, nazirliklərin üzvlərinə və sənət adamlarına özünə və kluba müəyyən mənada xeyir vermək üçün matç biletləri verib.

Müstəntiqlər Ribes və Ferre arasındakı münasibətlərə də aydınlıq gətirirlər. Onların sözlərinə görə, PSJ nümayəndələri “France Football”un baş redaktoru ilə əməkdaşlığın onlara Messinin xeyrinə “Qızıl top”un nəticəsinə təsir göstərməyə kömək edəcəyinə ümid ediblər.

Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top”u qazanıb: 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023.