Ukrayna üçün dəhşətli ssenari: Bəzi ərazilərini itirə bilər

Ukrayna üçün dəhşətli ssenari reallaşmağa başlayıb.

Zafer Tv xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, istefada olan general Ben Hodces deyib.

Amerikalı general deyib ki, sursat çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna qarşı genişmiqyaslı hücuma keçə bilmir:

“Ukraynanın silahı tükənib. Avropa və ABŞ isə əlavə silah istehsal etməyi planlaşdırmır. Bu səbəbdən Ukrayna bəzi ərazilərini itirə bilər”, -deyə Ben Hodces vurğulayıb.\\newscenter.az\\