Putin və Ərdoğanın görüşü hazırlanır- Diplomatik mənbələrdən XƏBƏR

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında diplomatik kanallar vasitəsilə görüş hazırlanır.

Zafer Tv xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, görüşüb  tarixi və yeri hələ müəyyən edilməyib.

Bu barədə Rusiya mətbuatında da məlumatlar yayılıb. Rusiya KİV-i məlumatı Türkiyə liderinin administrasiyasına istinadən verdiyini açıqlayıb.

Türkiyə Prezident Administrasiyası görüşün gündəmdə olduğunu, diplomatik kanallar vasitəsilə müvafiq işlərin aparıldığını, hələlik konkret bir şeyin olmadığını açıqlayıb.

(Musavat.com)