Azərbaycandan qaz ixracı 5,3 faiz artıb

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan qaz ixracı 5,3 faiz artıb.

Zafer Tv xəbər verir ki, bu barədə məlumatı energetika naziri Pərviz Şahbazov “X” hesabında yazıb. Nazir bildirib ki, bundan Avropaya 11,8 mlrd.m3, Türkiyəyə 9,5 mlrd.m3, Gürcüstana isə 2,5 mlrd.m3 qaz ixrac olunub:

“Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd.m3 qaz nəql olunub”.(Newscenter.az)