Dekabrda ölkədə gündəlik xam neft hasilatı 482 min barrel olub

2023-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub. 

Energetika Nazirliyindən bildirilib ki, bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.