İrandan Pakistanla bağlı SON DƏQİQƏ açıqlaması

İran Xarici İşlər Nazirliyi Pakistanın İslam Respublikası ərazisindəki sərhəd bölgəsinə hücumunu pisləyib.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Naser Kənaninin departamentin teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.

“Bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili etiraz notası təqdim etmək və Pakistan hökumətindən izahat tələb etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə bəyanatda bildirilib.

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, hərbçilər antiterror əməliyyatı keçirib, Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Məlumata görə, Pakistanın hücumu nəticəsində 9 nəfər həlak olub.