Pakistan XİN-dən İrana endirilən raket zərbəsi ilə bağlı AÇIQLAMA

Pakistan Xİn İranın Sistan və Bəlucistan vilayıtinə zərbələr endirildiyini təsdiqləyib.

Zafer Tv xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

İranın Sistan-Bəlucistan vilayətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və xüsusi olaraq dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr həyata keçirdik.

“Kəşfiyyata əsaslanan əməliyyat zamanı bir neçə terrorçu məhv edilib – kod adı “Marg Bar Sərmaçar” (Üsyançılara ölüm)”, – deyə məlumatda bildirilir. //Musavat.com//