Rusiyadan Zəngəzur dəhlizi açıqlaması-Paşinyandan sərt reaksiya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizindən danışıb.

Zafertv.az-ın məlumatına görə, diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına reaksiya verib.

Lavrov Paşinyanın “Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini İran vasitəsilə olduğu kimi təmin etməyə hazırdır”-açıqlamasına sərt reaksiya verib.

Qeyd edib ki, bu marşrutları müqayisə etmək düzgün deyil. “Cənab Paşinyanın Ermənistan ərazisindən tranzit üçün eyni şərtləri (Azərbaycandan Naxçıvana İran ərazisindən keçməklə tranzit üçün istifadə olunacaq şərtlər nəzərdə tutulur) istədiyi barədə dediklərində heç bir məntiq görmürəm. Açığını desəm, bu marşrutları müqayisə etmək çətin ki, yersizdir” – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Rusiyanın baş diplomatı deyib ki, Putin, Paşinyan və Əliyev arasında üçtərəfli razılaşmalar çərçivəsində Zəngəzur dəhlizi heç vaxt müzakirə olunmayıb.

S.Lavrov 9 noyabr 2020-ci il tarixli bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılacağı və Ermənistanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verdiyi, nəzarətin isə Rusiya Federasiyası FTX-nin sərhəd xidməti tərəfindən həyata keçiriləcəyi xatırladıb.(musavat.com)