İŞİD İstanbulda kilsəyə hücumu öz üzərinə götürüb

İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Zafer Tv “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” terrorçuların bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, “Santa Maria” kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür.