HƏMAS Qəzzada atəşkəsə dair Paris razılaşması layihəsini qəbul etməyib

HƏMAS Qəzzada atəşkəsə dair Paris sazişi layihəsini rədd edib.

Zafer Tv Musavat.com-a istinadla xəbər verir ki, danışıqlarda Misir, Qətər, İsrail və ABŞ iştirak edib. Fələstin radikal hərəkatı müharibəni bitirməyi nəzərdə tutmayan və İsrailə hərbi əməliyyatları davam etdirməyə imkan verə biləcək sənədlə razılaşmır.

“Əl-Mayadin” telekanalı öz mənbələrinə istinadla qeyd edib ki, saziş “əsirlərin mübadiləsinə aiddir, lakin atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına tamamilə məhəl qoymur”.

Bir neçə gündən sonra Qahirədə digər ölkələrin nümayəndələrinin iştirak edəcəyi görüş keçiriləcək, onlar da Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı öz ideyalarını irəli sürəcəklər.