İsrail səfiri Rusiya XİN-ə çağırılacaq – “qəbuledilməz bəyanatlar” verib

İsrailin Moskvadakı səfiri Simone Halperin qəbuledilməz bəyanatlar verməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Zafer Tv Musavat.com-a istinadla xəbər verir ki, bu barədə fevralın 5-də Rusiya diplomatik departamenti məlumat yayıb.

“İsrail səfirinin Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən qəbuledilməz açıqlamalarına görə, Halperin Xarici İşlər Nazirliyinə çağırılacaq”, – mesajda deyilir.

Bundan əlavə, Rusiya XİN qeyd edib ki, Qalperinin bəzi bəyanatları “diplomatik missiya üçün son dərəcə uğursuz başlanğıcdır”.

Bundan əvvəl israilli diplomat “Kommersant” qəzetinə müsahibə verib və diplomatik departamentin bildirdiyinə görə, o, “Rusiyanın girovların taleyinin həllinə kömək etmək məqsədilə təmaslarında göstərdiyi səylər” barədə hörmətsizliklə danışıb. Bundan əlavə, Halperin Holokostun yalnız yəhudi xalqının məhv edilməsi tezisini irəli sürüb və bu, “BMT Baş Assambleyasının qətnaməsinə ziddir”.