ABŞ və İngiltərə gəmiləri vuruldu

Yəmən ABŞ-a məxsus “Star Nasiya” və İngiltərəyə məxsus “Morninq Tayd” gəmisini hədəf alıb.

Zafer Tv axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

Məlumata görə, raketlərlə həyata keçirilən hücumda Amerika və Britaniya gəmiləri vurulub.

Həmçinin Rusiya xəbər agentliyi “Sputnik” Qırmızı dənizdə biri ABŞ, digəri İngiltərəyə aid iki gəminin hədəf alındığını iddia edib.