Türkiyədə dollar bahalaşıb

Dollar Türkiyədə həftənin son gününə rekord səviyyədə başlayıb.

1 dollar 30,66 TL, avro isə 33,06 TL olub.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) yeni sədri Fatih Karahan dünən ilk dəfə 2024-cü ilin ilk inflyasiya hesabatının təqdimatı ilə ictimaiyyət qarşısına çıxıb.

Hesabatda, 2024, 2025 və 2026-cı il sonu üçün inflyasiya proqnozları əvvəlki hesabatda olduğu kimi qorunub saxlanılıb. 2024-cü ilin sonu üçün proqnoz 36 faiz, 2025-ci ilin sonu üçünsə isə 14 faiz olacağı deyilib. TCMB inflyasiyanın may ayında 74 faiz ətrafında zirvəyə çatacağını və daha sonra ili 36 faizlə bağlayacağını proqnozlaşdırıb./Referans.az