Zubir qərarını verdi – Yayda “Qarabağ”dan gedəcək, ya qalacaq?

“Qarabağ”ın legioneriAbdullah Zubir Avropa klublarının maraq dairəsindədir.

Almaniyadan “Auqsburq” və Şotlandiyadan “Seltik” fransalı yarımmüdafiəçini heyətə cəlb etmək istəyir.

Sözügedən klublar mövsümün sonunda – Zubirin “Qarabağ”la hazırkı müqaviləsi başa çatanda onun keçidini həll etməyə çalışır.

Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər matçında (4:2) 2 qol vuran və 1 məhsuldar ötürmə verən 32 yaşlı futbolçu ilə Fransa Liqa 1-də çıxış edən bir klubun da maraqlandığı bildirilib.

Amma onun adı hələlik açıqlanmayıb. Sadəcə, həmin komandanın avrokuboklarda çıxış etdiyi məlumdur.

2018-ci ildən “Qarabağ”da çıxış edən Abdullah Zubir bu mövsüm Ağdam klubunda ümumilikdə 39 oyuna 11 qol vurub, 10 qol ötürməsi edib.

Ağdamlı azarkeşlər narahat olmasın! Onların sevimliləri “Qarabağ”dan ayrılmağa hazırlaşmır.

Portuqaliyada sərgilədiyi oyunla Avropa Liqasında həftənin ən yaxşı futbolçusu seçilən fransız klub rəsmiləri ilə söhbətində “heç yerə getmək fikrim yoxdur” deməklə, müqavilə müddətini uzatmağa hazır olmasına işarə vurub.\\sportinfo.az\\