Avropa Xalq Partiyası Ursula fon der Lyayeni dəstəklədi

Avropa İttifaqının ən böyük siyasi qüvvələrindən biri olan Avropa Xalq Partiyası Ursula fon der Lyayeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək.

Zafer Tv xəbər verir ki, bu barədə partiyanın rəhbəri Manfred Veber Avropa Parlamentində keçirdiyi mətbuat konfransında məlumat verib:

“Avropa Xalq Partiyası Ursula fon der Lyayeni Avropa Komissiyasının növbəti sədri vəzifəsinə namizəd kimi dəstəkləyir”.

Xatırladaq ki, xanım Lyayen ötən həftə yenidən Avrpopa Komissiyasının prezidenti olmaq niyyətini açıqlayıb.\\musavat.com\\