ÇL: “İnter” “Atletiko”dan üstün oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Zafer Tv oxu.az-a istinadən bildirir ki, bu gecə daha iki oyun baş tutub.

İtaliya “İnter”i Milanda İspaniya “Atletiko”sunu qəbul edib. Görüşdə hesab yalnız 79-cu dəqiqədə açılıb. “İnter”li Arnautoviç fərqlənib. Bu, matçda yeganə qol olub və meydan sahiblərinin minimal hesablı qələbəsi üçün kifayət edib – 1:0.