Rusiya Moldova ərazisini ilhaq etmək üçün hərəkətə keçir

Moldova ərazisindəki separatçı Dnestryanı bölgəsində Rusiyaya birləşmək üçün fəaliyyətlərə başlanır.

Zafer Tv xəbər verir ki, bunu bölgədə “bütün səviyyələrdə seçilmiş deputatların” toplantısında qəbul edilməsi planlaşdırılan müraciət aydın göstərir.

Rusiya mətbuatının əlinə “düşən” “qurultay” sənədindən aydın olur ki, bölgədəki separatçılar “kömək üçün” Rusiyaya müraciət etmək niyyətindədirlər

“Qurultay”da qəbul olunacaq müraciətdə Rusiyanın Federasiya Şurası və Dövlət Dumasından “Moldova tərəfindən artan təzyiq kontekstində” Dnestryanıda yaşayan “200 min Rusiya vətəndaşı”nın müdafiəsi üçün tədbirlərin həyata keçirilməsi xahiş olunur.

Beləliklə, Qərb Ukraynaya zəruri silahları vaxtında təqdim etməyib, ərazilərin itirilməsinə səbəb olduğu dövrdə Rusiya iştahasını daha da artıraraq Moldovadakı separatçı qurumun nəzarətində olan əraziləri də ilhaq etmək üçün real addımlar atmağa başlayır…