Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.

Zafer Tv Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə – sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur.(report)