Zaxarova Fransanı belə İFŞA ETDİ – Qarabağda…

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Fransa Afrika siyasətinin uğursuzluğundan sonra Qarabağda sülhməramlı obrazı yaratmağa çalışır.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, Zaxarova bu barədə “Rossiya 1” telekanalının “Vladimir Solovyovla bazar günü axşamı” verilişində danışıb.

Rusiyanın bölgədə sülhməramlı rol oynadığını qeyd edən diplomatın fikrincə, Parisin Qafqaz regionunda fəallığının artması Fransanın Afrika siyasətinin uğursuzluğunun “ictimai-siyasi şüurda bir növ kompensasiyasıdır”.

Mariya Zaxarovanın sözlərinə görə, Fransanın Qafqazdakı “təcrübələri”nə “bir növ sülhməramlı səylər” daxildir.

“Biz başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Ölkəmiz sülhməramlı rolunu öz üzərinə götürdü və hətta Qarabağ nizamlanması kontekstində də vasitəçi kimi bu missiyanı yerinə yetirdi. İndi, ən çətin mərhələ başa çatdıqdan sonra əgər onlar, NATO üzvü kimi Fransa bu kömürləri yenidən qarışdırmağa başlamasalar, bütün pis şeylər arxada qaldığı kimi görünəndə, özlərini orada göstərə bilərlər”, – Zaxarova bildirib.