Baydenin oğlu 25 il həbs ediləcək?

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden məhkəmə qarşısına çıxacaq.

Zafer Tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, məhkəmə iyunun 3-də keçiriləcək. ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı cinayət ittihamı irəli sürülür.

Bayden həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham edilir.

İttihamlara əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər.