Avropa nəhəngi kisənin ağzını açdı – Ardaya sürpriz TƏKLİF

“Real Madrid” Arda Güler üçün diqqətçəkən təklif alıb.

“Bavariya” Ardanı transfer etmək üçün hərəkətə keçib. “Defensa Central”ın məlumatına görə, “Bavariya” Arda üçün 40 milyon avro təklif edib. “Real Madrid”in təklifə necə cavab verdiyi barədə məlumat verilməyib. Bundan əvvəl “Real”ın Ardanı icarəyə göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətinə qoşulandan sonra 3 dəfə zədələnib. Futbolçu zədə səbəbilə 25 matçı buraxıb. Arda “Real”da ümumilikdə 7 matçda 98 dəqiqə meydanda olub və 1 qol vurub. (azmedia.az)