Elgiz Əkbərin və Xoşqədəm Hidayətqızının verilişi ilə bağlı da QƏRAR VERİLDİ

ARB TV-də yayımlanan bəzi “Elgizlə İzlə”, Səni Axtarıram” və “Xəbər Ətər” verilişlərinin yayım vaxtında dəyişiklik edilib.

Bu barədə ARB TV-nin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Dəyişikliyə əsasən, “Elgizlə İzlə” verilişi 14:00-da, “Səni Axtarıram verilişi isə 16:30-da efirə çıxacaq.

“Xəbər Ətər” proqramı 10:50-də yayımlanacaq.

Qeyd edək ki, bu gün ATV-də yayımlaman “Bizimləsən” proqramının da efir vaxtı dəyişdirilib. “Bizimləsən” verilişi bu gündən etibarən 16:30-da efirə çıxacaq.//Azmedia.Az