Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni alacaqlar

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.

Zafer Tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir İrakli Kobaxidze feysbuk hesabında paylaşım edib.

Nazir bildirib ki, komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün ordeni alacaqlar: “Mən 30 ildir ki, bu günü gözləyirdim. Böyük xoşbəxtlikdir. Qəhrəmanları qiymətləndirmək lazımdır”.

Qeyd edək ki, AÇ-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.