Bakıda “Prius”lar kütləvi şəkildə satışa çıxarılır – VİDEO

Taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bəzi sahibkar və şirkətlər avtomobil parkını yeniləməyə başlayıblar. 

Artıq köhnə və sıxınıq-salxaq “Toyota Prius” markalı avtomobillərin istismarına son qoyulur və internet üzərindən satışa çıxarılır.

Taksi sürücüləri də arb tv-yə bildirib ki, “Prius”la işləmək onlara sərf etmir: “Avtomobil 2006-cı ilin istehsalıdır Nə reklama yararlıdır, nə də bonus düşür. Heç taksi kimi işləmək də olmayacaq”.