Türkiyə və Qırğızıstan liderləri regional məsələləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, telefon söhbətində liderlər ölkələr arasında ikitərəfli əlaqələri, qlobal və regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyədə keçirilən yerli seçkilər münasibətilə təbriklərini çatdıran Japarova təşəkkürünü bildirib.