ABŞ tezliklə hegemonluq statusunu itirə bilər

ABŞ milli borcunun artması səbəbindən fövqəldövlət statusunu itirmək riski altındadır.

Qeyd olunub ki, ölkə öz imkanları daxilində yaşamağa başlamasa, ABŞ-nin hökmranlığı sona çatacaq. Bunun üçün ABŞ-yə mövcud iqtisadi trayektoriyanı dəyişdirəcək güclü lider lazımdır.

Konqresin Büdcə idarəsinin son proqnozu göstərir ki, ABŞ-nin dövlət borcu 2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə, 2054-cü ilə qədər isə ÜDM-in 174%-nə yüksələcək.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları ötüb. “BlackRock”un baş direktoru Larri Fink xəbərdarlıq edib ki, nəhəng borc ölkəni Yaponiyanın “itirilmiş onilliyinə” bənzər böhrana aparan təhlükəli yola salır. İlon Mask da mövcud vəziyyətlə bağlı narahatlığını dilə gətirib.//Oxu.az