General Kremli hədələdi: 10 dəqiqəyə məhv edərik!

Fransa Moskva və Sankt-Peterburqu 10 dəqiqəyə dağıda biləcək bir ölkədir.

Bunu Fransanın istefada olan generalı, ABŞ-dakı keçmiş hərbi attaşesi Vinsent Desportes deyib.

“Rusiyanın qorxduğu ölkə Fransadır. Fransa yeganə ölkədir ki, ehtiyacınız olan hər şey var. Sankt-Peterburq, Moskva və Rusiyanın bir neçə şəhərini on dəqiqəyə məhv edə bilərik. Və onlar da bunu bilirlər”, – o bildirib.

O əlavə edib ki, Amerika getsə belə, Fransa onlarla hesablaşmalı qüvvə olaraq qalacaq.//Axar.az