Rusiyanın Orsk şəhərində daha bir çay daşdı: Sakinlərin yeni təxliyəsinə başlandı – VİDEO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Ural çayı ilə yanaşı, Yelşanka çayı da daşıb.

Bu barədə şəhərin meri Vasili Kozupisa məlumat verib.

“Vyazemskayadan Kramatorskayaya qədər olan ərazi və mexaniki zavod su altında qalıb”, – deyə o bildirib.

Şəhər hakimiyyəti sakinlərə təhlükəsiz yerə getməyi tövsiyə edib.

Xatırladaq ki, Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın yaranıb və ərazini su basıb. Sakinlər təxliyə ediliblər. Hadisə nəticəsində ölənlər də var.

Orenburq vilayətində federal səviyyədə fövqəladə vəziyyət elan edilib. Tikinti Nazirliyinin qiymətləndirməsinə görə, daşqın nəticəsində infrastruktura dəyən ziyan 21 milyard rubl (386 milyon manata yaxın) təşkil edir.