“ASAN xidmət” bu tarixlərdə işləməyəcək – RƏSMİ

Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərinin qeyri-iş günlərində iş qrafiki müəyyən edilib.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.