İŞİD-dən Çempionlar Liqası ilə bağlı PAYLAŞIM – Hamısını öldürün…-FOTO

Xarici mətbuatda yer alan xəbərə görə, terror təşkilatı İŞİD Çempionlar Liqasını hədəf alıb.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, terror təşilatı dörddəbir final matçlarının keçiriləcəyi London, Paris və Madriddəki 4 qarşılaşma üçün stadionlarda qırğınları təşviq edən “Hamını öldürün” mesajını paylaşıb.

1/4 finalda Londonda “Arsenal” və “Bavariya”, Madriddə “Real” və “Mançester Siti”, Parisdə PSJ və “Barselona”, Madriddə isə “Atletiko Madrid” və “Borussiya Dortmund” komandaları üz-üzə gələcək.

Məlumata görə, İŞİD-in təhdidindən sonra 3 şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Terror təhlükəsi xəbərdarlığı 4-cü səviyyəyə qaldırılıb.

Terror təşkilatının paylaşdığı fotoda matçların keçiriləcəyi 4 stadionun adı yer alıb və “Hamını öldürün” mesajı yazılıb.

Musavat.com