Putin-Ərdoğan görüşü ilə bağlı SON DƏQİQƏ açıqlaması

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşünün vaxtı hələ razılaşdırılmayıb.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər telefonla kifayət qədər tez-tez danışırlar.

Kreml rəsmisi bildirib ki, təmaslar zamanı Putin və Ərdoğan beynəlxalq məsələləri də müzakirə edirlər.