Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.

Zafer Tv xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.