73 nəfər itkin düşmüş şəxsin adı AÇIQLANDI

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb.

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, 73 nəfər itkin düşmüş şəxs barəsində iki istiqamətdə iş aparılır.

“İstiqamətlərdən biri Birinci Qarabağ müharibəsi zamanı Bakı və Azərbaycanın müxtəlif rayonlarında tanınmamış şəxslərin naməlum şəhid kimi dəfn edilənlərdir. Digər istiqamət isə Ağdamın Sarıcalı kəndində, Şuşanın Daşaltı kəndində və Xocavəndin Edilli kəndində aşkar edilən kütləvi məzarlıqlardır”, – o deyib.//Report