Sivilizasiyanı məhv etməyə qadir olan kosmik şüa barədə XƏBƏRDARLIQ EDİLDİ

Qamma şüalarının partlaması bütün yadplanetli sivilizasiyaların ölümünə səbəb ola bilər. Belə şüalar bütün qalaktikalarda ən azı yüz milyon ildə bir dəfə görünür.

Bunu Stony Brook Universitetinin fizika və astronomiya professoru Frederik Valter deyib.

“Təxmin edilir ki, qamma-şüa partlamaları bütün qalaktikalarda yüz milyon ildə bir dəfə baş verir. Bir milyard il ərzində, orta hesabla, bir çox sivilizasiyalar, əgər varsa, məhv olmalıdır”, – deyə Valter ”Daily Mail”in Britaniya nəşrinə müsahibəsində bildirib.

O həmçinin qeyd edib ki, qamma şüaları qalaktikadakı bütün planetlərin 10 faizində həyatı məhv etməyə qadirdir.

Valterin fikrincə, belə bir hadisədən narahat olmağa dəyməz, çünki Yer kürəsinin onunla toqquşma ehtimalı son dərəcə aşağıdır. Bundan əlavə, qamma şüaları nadirdir və onlarla toqquşmaya hazırlaşmaq mümkün deyil.//Baku.ws