Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ – Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər.

“The Guardian” xəbər verir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar.

Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdən birini tutan ən təhlükəli xəstəliklər arasında qalır. Melanoma isə müalicəsi ən çətin xərçəng növlərindən biridir.

Britaniyalı mütəxəssislər tərəfindən yaradılmış yeni vaksin sınaqların ilk iki mərhələsindən uğurla keçib. Artıq yüzlərlə xəstənin iştirak etdiyi sınaqların üçüncü mərhələsi başlayıb.

Yeni peyvəndin əsas üstünlüyü onun eksklüzivliyidir. O, hər bir xəstə üçün fərdi olaraq hazırlanır. Bədəni xərçəng hüceyrələrini müstəqil şəkildə aşkar etməyə məcbur edən immunitet sistemini işə salmaq üçün tənzimlənir.

Tədqiqat koordinatorları qeyd edirlər ki, yeni məhsul yaxşı potensiala malikdir və xərçəngi əbədi olaraq müalicə edə bilər. Belə bir peyvəndi hazırlamaq üçün xəstədən şiş nümunəsi götürülür və sonra süni intellektdən istifadə edərək DNT sıralanır.//Baku.ws