Bakıda iki avtomobil toqquşub, xəsarət alan var – FOTO

Bakının Xətai rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Kəsişmədə “BMW” və “Khazar” markalı minik avtomobilləri toqquşub.

Avtomobillərə ziyan dəyib. Hadisədə bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.\\APA