Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransa səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Zafer Tv APA-ya istinadən bildirir ki, nazirliyin binasına gələn diplomat jurnalistlərin suallarını cavablandırmayıb.

Qeyd edək ki, bir neçə saat əvəl Böyük Britaniya səfiri Naycel Keysi də Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.