Rəfahdan təxliyə mülki şəxslərin vəziyyətini pisləşdirəcək

İsrailin Qəzza zolağındakı Rəfah əhalisinin təxliyəsinə başlamaq qərarı anklavda mülki insanların vəziyyətini daha da pisləşdirəcək.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

“Bu gün Rəfahda verilən təxliyə əmri mülki əhalinin vəziyyətinə mənfi təsir göstərəcək. BMT heç bir məcburi təxliyə əməliyyatında iştirak etmir və məcburi köçkünlər üçün xüsusi zonalar təşkil etmir”, – Düjarrik bildirib.

O, həmçinin vurğulayıb ki, Rəfahdakı istənilən hərbi əməliyyat humanitar yardımın çatdırılmasını da ləngidəcək.

Qeyd edək ki, mayın 6-da İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib. “The Times of İsrail”in məlumatına görə, ABŞ Prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Liderlər Rəfahda keçirilən əməliyyatı müzakirə ediblər.